Ermənistanda xaos hökm sürür: Keşişlər qan tökməyi seçdilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:46 Sabah qar yağacaq  |     14:36 BQXK əməkdaşları Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkib  |     14:04 Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb?  |     13:51 Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"  |     13:25 Xudatda avtomobil qaçıran şəxs saxlanılıb  |     13:13 Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?  |     13:08 Kaliforniyada iki yeni meşə yanğını ocağı qeydə alındı: Növbəti təxliyə dalğası başlayıb  |     12:53 Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi  |     12:50 Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb  |     12:47 Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb  |     12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |     11:38 Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb  |     11:27 Bakıda boru PARTLADI: İçməli su küçələrə AXDI - VİDEO  |     11:18 İstanbulda saxta içki kabusu: 11 nəfər öldü  |     11:13 Moldovada gizlənən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib  |     11:08 Bakıda 15 yaşlı qız itkin düşüb  |     23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |    

Ermənistanda xaos hökm sürür: Keşişlər qan tökməyi seçdilər

Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir.

Ötən gecə onminlərlə etirazçı növbəti dəfə ölkə parlamentinin qarşısında mitinq keçirib.

Aksiyalar sosial şəbəkənin Ermənistan seqmentində geniş müzakirə mövzusuna çevrilib. Erməni istifadəçilərin bəziləri bu etirazların başında dayanan Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın (Srbazan), eyni zamanda bütün ermənilərin katolikosu II Qareginin xalqı böyük toqquşmaya hazırladıqları ilə bağlı fikirlər səsləndiriblər:

"Ötən gecə xəbərdar etdiyimiz kimi, Qaregin və Baqratın iki yolu var idi və onlar toqquşmalar, qan tökülməsi yolunu seçdilər. Baqrat artıq açıq şəkildə insanları küçələrə çıxmağa və polislə döyüşlərə çağırır".

Erməni sosial şəbəkə istifadəçiləri həmçinin saxtakar olduğunu vurğuladıqları Baqrat Qalstanyanın öz siyasi məqsədləri üçün indi hamını qurban verməyə, küçələrdə qan tökməyə hazır olduğunu da vurğulayıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            447 10.06.24 14:40