Ermənistan KTMT-ni pis vəziyyətdə qoydu » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:46 Sabah qar yağacaq  |     14:36 BQXK əməkdaşları Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkib  |     14:04 Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb?  |     13:51 Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"  |     13:25 Xudatda avtomobil qaçıran şəxs saxlanılıb  |     13:13 Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?  |     13:08 Kaliforniyada iki yeni meşə yanğını ocağı qeydə alındı: Növbəti təxliyə dalğası başlayıb  |     12:53 Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi  |     12:50 Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb  |     12:47 Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb  |     12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |     11:38 Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb  |     11:27 Bakıda boru PARTLADI: İçməli su küçələrə AXDI - VİDEO  |     11:18 İstanbulda saxta içki kabusu: 11 nəfər öldü  |     11:13 Moldovada gizlənən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib  |     11:08 Bakıda 15 yaşlı qız itkin düşüb  |     23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |    

Ermənistan KTMT-ni pis vəziyyətdə qoydu

"Ermənistanın əvvəllər də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə ödənişlər üzrə borcları olub".

Bu bəyanatı Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın KTMT xəzinəsinə ödənişlərdən imtina etməsini şərh edərkən verib.

Qeyd edək ki, daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan respublika rəhbərliyinin təşkilatın büdcəsi ilə bağlı Kollektiv Təhlükəsizlik Şurasının qəbul etdiyi qərara qoşulmaqdan, eləcə də onun fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edəcəyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, İrəvanın bu cür addımı ilk dəfə müşahidə olunmur:

"Təşkilatın büdcəsinə, o cümlədən Ermənistan tərəfindən ödənişlərdə gecikmələr əvvəllər də olub", - deyə nazirlikdən bildirilib.

Rusiya XİN qeyd edib ki, əvvəlki hallarda maliyyə problemlər öncədən formalaşdırılmış ehtiyatlar hesabına həll edilirdi və "borclular" sonradan borclarını qaytarırdılar.

Qurum əlavə edib ki, Ermənistan rəhbərliyinin onun üzərinə düşən məbləği ödəməkdən imtina etməsini nəzərə alaraq KTMT-nin cari il üçün büdcəsinə düzəlişlər etmək lazımdır, lakin ödənişlərin yenidən bölüşdürülməsindən söhbət getmir. Eyni zamanda, Moskva hesab edir ki, İrəvanın KTMT Nizamnaməsinə uyğun olaraq maliyyə öhdəlikləri qalmaqdadır.

Məlumata görə, bu il Ermənistan üçün 53,22 milyon rubl (1 milyon manatdan çox) məbləğində ödəniş müəyyən edilib.

Mənbə: RİA Novosti, MK.ruскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            597 10.06.24 11:42