Hindistanda isti hava şəraiti dözülməz həddə çatıb.
Median.Az "Euronews"a istinadən xəbər verir ki, meşədə su axtaran meymunlar quyuda boğularaq tələf olublar.
Onlar isti havadan sərin quyuya sığınmağa və orada su tapmağa çalışıblar. Lakin 32 meymun orada boğularaq ölüb.
Hadisə Hindistanın şimal-şərqində Jharkhand əyalətindəki meşədə qeydə alınıb.
Göllər və çaylar quruduğundan heyvanlar bu addımı atmağa məcbur olublar.
Artıq yırtıcı heyvanlar kəndlərə hücum etməyə başlayıb. Buna səbə onların kifayət qədər su tapmamasıdır.
Bir neçə gün əvvəl canavar sürüsü də su tapmaq istəyi ilə girdiyi quyuda boğularaq və tələf olub.
Xatırladaq ki, Hindistanda aylardır 40 dərəcədən aşağı olmayan temperaturlar bütün canlılara mənfi təsir göstərir.
Paytaxt Delhi və ətraf bölgələrdə havanın temperaturu 50 dərəcəyə qədər yüksəlib. 200-dən çox insanın istilikdən öldüyü qeyd edilib.
//Baku.ws