ABŞ-nin dünya iqtisadiyyatına 54,3 trilyon dollar borcu var.
Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında deyib.
“ABŞ qlobal maliyyə bazarında inhisarçı mövqeyindən istifadə edir. Bu istismardan çox böyük maliyyə vəsaiti əldə edirlər. İctimaiyyətə açıq olan məlumatlara görə, ABŞ-nin qlobal iqtisadiyyata 54,3 trilyon dollar borcu var”, - o vurğulayıb.