AK Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq üçün müsbət qiymətləndirmə təqdim edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:54 Konqoda nümayişçilər ABŞ səfirliyinin qarşısına toplaşıblar  |     20:42 Salyanda ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB  |     20:36 Şirvanda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb  |     20:34 Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB  |     20:28 Taksi ilə daşınmalar xeyli azaldı  |     20:20 Bu ərazi qazsız qalacaq  |     20:12 Azərbaycan Karate Federasiyasında yeni komitə yaradıldı  |     20:04 Bakıda bu dəmir yolları yenidən istifadəyə qaytarılacaq  |     19:56 Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum oldu  |     19:49 Xırdalan şəhərində yaşayanlara ŞAD XƏBƏR  |     19:42 Salyanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var  |     19:31 Bakının nəqliyyat sisteminin üzləşdiyi çağırışlar açıqlanıb  |     19:17 Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları formalaşdırılacaq  |     19:07 Pensiya alanlara VACİB XƏBƏR - Yanvar ayının ödənişləri…  |     18:53 Bakıda çoxmərtəbəli yaşayış binası YANIR  |     18:36 Qırmızı dənizdə yük gəmisində partlayış baş verib  |     18:25 Bakının hansı küçələrində sıxlıq var?  |     18:16 Azərbaycan "Avroviziya 2025"də bu sırada çıxış edəcək  |     18:09 Dövlət Neft Fondunun aktivləri 60 milyard dolları keçib  |     18:01 Sabunçuda binada iki nəfərin öldüyü partlayışa görə təqsirləndirilən mənzil sahibinə hökm oxunub  |    

AK Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq üçün müsbət qiymətləndirmə təqdim edib

Avropa Komissiyası Avropa İttifaqına üzv dövlətlərin səfirlərinə Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq üçün zəruri olan tələblərə əməl etmələrinin müsbət qiymətləndirilməsini təqdim edib.

Median.Az 
APA-ya istinadən xəbər verir ki, bu barədə "Interfax-Ukraine” agentliyi Daimi Nümayəndələr Komitəsinin (COREPER) iclasının nəticələri ilə tanış olan yüksək səviyyəli diplomata istinadən bildirib.

Diplomatik mənbənin sözlərinə görə, Avropa Komissiyası həm Ukrayna, həm də Moldovanın danışıqlara başlamaq üçün lazım olan bütün addımları tam yerinə yetirdiyini təsdiqləyib.

Eyni zamanda, yüksək səviyyəli diplomat bunun ardınca üzv dövlətlərlə müzakirələrin aparılacağını açıqlayıb. O, həmçinin milli azlıqlar məsələsinin həll olunmadığını əsas gətirərək, Macarıstanın danışıqlara başlamaq qərarına qarşı çıxacağını istisna etməyib.

Moldova mətbuatı isə yazıb ki, danışıqlara başlamaq tövsiyəsinin rəsmi bəyanata daxil edilməsi ilə bağlı yekun qərar gələn çərşənbə günü Aİ-yə üzv ölkələrin səfirləri tərəfindən qəbul ediləcək. İyunun 27-28-də keçiriləcək sammitdə isə Aİ liderləri üzvlük danışıqları ilə bağlı rəsmi qərar verəcəklər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            468 07.06.24 20:35