Dünyanın ən hündür zirvəsindən 11 ton zibil toplandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:46 Sabah qar yağacaq  |     14:36 BQXK əməkdaşları Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkib  |     14:04 Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb?  |     13:51 Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"  |     13:25 Xudatda avtomobil qaçıran şəxs saxlanılıb  |     13:13 Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?  |     13:08 Kaliforniyada iki yeni meşə yanğını ocağı qeydə alındı: Növbəti təxliyə dalğası başlayıb  |     12:53 Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi  |     12:50 Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb  |     12:47 Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb  |     12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |     11:38 Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb  |     11:27 Bakıda boru PARTLADI: İçməli su küçələrə AXDI - VİDEO  |     11:18 İstanbulda saxta içki kabusu: 11 nəfər öldü  |     11:13 Moldovada gizlənən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib  |     11:08 Bakıda 15 yaşlı qız itkin düşüb  |     23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |    

Dünyanın ən hündür zirvəsindən 11 ton zibil toplandı

Nepal ordusu "Təmiz Himalay" kampaniyası çərçivəsində Everestin yamaclarından və qonşu dağlardan 11 ton zibil yığıb.

Nepal Ordusunun Baş Qərargah rəisi Prabhu Ram Şarma bildirib ki, kampaniyanın əhəmiyyətini yalnız 55 gün ərzində toplanan zibilin miqdarı ilə qiymətləndirmək olmaz. Belə ki, hərbçilər zirvəyə qalxarkən həlak olan 5 nəfərin cəsədini də təxliyə ediblər.

"Kampaniyanın əldə etdiyi bir sıra nailiyyətlər Nepal xalqının təbiətin və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq işə sadiqliyini nümayiş etdirir", - deyə o bildirib.

Qərargah rəisinin sözlərinə görə, aksiyada 10 min hərbçi iştirak edib.

Qeyd edək ki, kampaniya aprelin 11-də başlayıb və 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə başa çatıb.

Mənbə: TASSскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            489 07.06.24 11:37