ABŞ Güləni MİT-ə təslim etdi: FETÖ lideri Türkiyəyə gətirilir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:44 "Crocus" terroru ilə bağlı yeni təfərrüat: Məhv edilmiş telefonlar istintaqa kömək etdi  |     14:39 8 min metrlik zirvəni 50 dəfə fəth etdi: Yeni dünya rekordu  |     14:31 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib  |     14:28 Fransada Rusiya ilə silahlanma yarışına hazırlaşırlar  |     14:23 "Azərişığ"ın vəzifəli şəxsi Cəbrayılda avtomobil qəzasında həyatını itirdi  |     14:12 Bəzi ölkələrdən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub  |     14:05 Lənkəranda öldürülən gəncin FOTOLARI (YENİLƏNİB)  |     14:01 Bakıda bacısını boğaraq qətlə yetirən şəxs məhkəmə qarşısında  |     13:49 Şəkidə qəzada xəsarət alan qadın xəstəxanada ölüb  |     13:43 Türkiyə XİN Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibəti ilə təbrik edib  |     13:38 Evdə tək qalan psixoloji problemli şəxs faciəli şəkildə öldü  |     13:31 Azərbaycanda tələbə qəfil vəfat edib - FOTO  |     13:26 Laçında yabanı halda bitən bir tondan artıq çətənə kolu məhv edildi  |     13:18 COP29 müddətində hər hansı məhdudiyyət, qadağa və SMS icazə olmayacaq - RƏSMİ  |     13:10 Ruben Vardanyan barədə qərar verildi - VİDEO  |     13:05 Bakıda sabah gecə bağlı olacaq yolların SİYAHISI  |     13:03 Gəncə şəhərində "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib  |     13:02 Bərdədə narkotik vasitədən istifadə etməkdə şübhəli bilinən sürücü saxlanılıb  |     13:02 Yəhya Sinvarı əvəz edəcək şəxsin adı açıqlanıb  |     12:59 106 yaşlı qadın uzunömürlülük sirrini açıqladı  |    

ABŞ Güləni MİT-ə təslim etdi: FETÖ lideri Türkiyəyə gətirilir?

FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ABŞ-nin Pensilvaniya ştatındakı malikanəsindən qaçırılması ilə bağlı yayılan xəbərlərdən sonra yeni iddia gündəmə gəlib.

Fətullah Gülənin Türkiyəyə gətirildiyinə dair iddia ortaya atılıb.

Əvvəlki iddialara görə, FETÖ-nün Pensilvaniyadakı malikəsində evlər boşaldılıb, müəyyən ərazilər satışa çıxarılıb və təşkilat daxilində çəkişmələr başlayıb.

Keçən həftə Fətullah Gülənin qardaşı oğlu Ebuseleme Gülən "hoca"mızı qaçırdılar" deyərək Cevdet Türkyolu, Mustafa Özcan, Barbaros Kocakurt, Adil Öksüz və Əkrəm Dumanlının başçılıq etdiyi "baş ucalar" qruplaşmasını ittiham edib. Həmçinin Gülənin öldüyünə dair də iddialar yayılıb.

Qeyd edək ki, FETÖ-nün daxilindəki "baş ucalar" və "mollalar" qrupları arasında "hakimiyyət" mübarizəsi gedir.

Bu xəbərlər fonunda türkiyəli jurnalist Müyesser Yıldız öz yazısında Gülənin Türkiyəyə təhvil verildiyini iddia edib:

"Günlərdir Pensilvaniya ştatındakı malikanəsi boşaldılan və oradan uzaqlaşdırılan Fətullah Gülənin sağlamlıq vəziyyəti müzakirə olunur. "Ölür", "öldü" kimi ifadələr ortaya atılır. Bu gündən gündəmə gələn son iddia isə ABŞ-nin Güləni "Milli İstihbarat Teşkilatı"na (MİT) (Milli Kəşfiyyat Təşkilatı – red.) təhvil verdiyi, təyyarəsinin Türkiyə doğru uçduğu və bu məlumatların hələlik gizli saxlanıldığıdır".

Yayılan bu xəbərlərlə bağlı Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasına sual ünvanlanıb. Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay belə bir məlumata sahib olmadıqlarını bildirib.

Mənbə: TAKVİMскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            261 05.06.24 16:02