Bəzi ölkələrdən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:23 Bu küçədə yeni velosiped zolağı salınacaq  |     15:12 Bunu etsəniz, 800 manatadək cərimələnəcəksiniz  |     15:03 COP29 zolaqlarından hansı nəqliyyat vasitələri istifadə edə bilər?  |     14:56 COP29-la əlaqədar qeydiyyatdan keçən qonaqların sayı AÇIQLANDI  |     14:50 COP29 dönəmində bəzi şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər  |     14:44 "Crocus" terroru ilə bağlı yeni təfərrüat: Məhv edilmiş telefonlar istintaqa kömək etdi  |     14:39 8 min metrlik zirvəni 50 dəfə fəth etdi: Yeni dünya rekordu  |     14:31 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib  |     14:28 Fransada Rusiya ilə silahlanma yarışına hazırlaşırlar  |     14:23 "Azərişığ"ın vəzifəli şəxsi Cəbrayılda avtomobil qəzasında həyatını itirdi  |     14:12 Bəzi ölkələrdən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub  |     14:05 Lənkəranda öldürülən gəncin FOTOLARI (YENİLƏNİB)  |     14:01 Bakıda bacısını boğaraq qətlə yetirən şəxs məhkəmə qarşısında  |     13:49 Şəkidə qəzada xəsarət alan qadın xəstəxanada ölüb  |     13:43 Türkiyə XİN Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibəti ilə təbrik edib  |     13:38 Evdə tək qalan psixoloji problemli şəxs faciəli şəkildə öldü  |     13:31 Azərbaycanda tələbə qəfil vəfat edib - FOTO  |     13:26 Laçında yabanı halda bitən bir tondan artıq çətənə kolu məhv edildi  |     13:18 COP29 müddətində hər hansı məhdudiyyət, qadağa və SMS icazə olmayacaq - RƏSMİ  |     13:10 Ruben Vardanyan barədə qərar verildi - VİDEO  |    

Bəzi ölkələrdən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub

Çin, Bolqarıstan və Macarıstanın bəzi ərazilərindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Bolqarıstanın Stara Zaqora vilayətində xırdabuynuzlu heyvanların çiçək, Çinin Daxili Monqolustan muxtar regionunda dabaq, Macarıstanın Feyer bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alındığına görə, həmin ərazilərdən Azərbaycana heyvan məhsullarının gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Qeyd olunub ki, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Stara Zaqora vilayətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına, Daxili Monqolustan muxtar regionunda xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Feyer bölgəsində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-ın "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib Azərbaycana daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            90 18.10.24 14:12