ABŞ Silahlı Qüvvələri çərşənbə günü "Ansar Allah" hərəkatının husi üsyançılarının 4 dronunu zərərsizləşdirib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı “X" sosial şəbəkəsində məlumat yayıb.
"Mayın 22-də Sana vaxtı ilə saat 15:16-da (Bakı vaxtı ilə saat 16:16) ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qüvvələri husilərin nəzarətində olan Yəmən ərazisində dörd pilotsuz uçuş sistemini uğurla məhv edib", - açıqlamada deyilir.
Komandanlıq İHA-ların ABŞ və koalisiya qüvvələri və bölgədəki ticarət gəmiləri üçün dərhal təhlükə yaratdığını" iddia edib.