Makron Yeni Kaledoniyaya zirehli texnika və helikopterlər göndərmək niyyətində olduğunu açıqlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:04 Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb?  |     13:51 Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"  |     13:25 Xudatda avtomobil qaçıran şəxs saxlanılıb  |     13:13 Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?  |     13:08 Kaliforniyada iki yeni meşə yanğını ocağı qeydə alındı: Növbəti təxliyə dalğası başlayıb  |     12:53 Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi  |     12:50 Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb  |     12:47 Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb  |     12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |     11:38 Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb  |     11:27 Bakıda boru PARTLADI: İçməli su küçələrə AXDI - VİDEO  |     11:18 İstanbulda saxta içki kabusu: 11 nəfər öldü  |     11:13 Moldovada gizlənən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib  |     11:08 Bakıda 15 yaşlı qız itkin düşüb  |     23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |    

Makron Yeni Kaledoniyaya zirehli texnika və helikopterlər göndərmək niyyətində olduğunu açıqlayıb

Fransa hakimiyyəti Yeni Kaledoniyaya əlavə zirehli texnika və helikopterlər göndərəcək.

Median.Az
“Report”a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyaya səfərindən sonra keçirilən mətbuat konfransında deyib.

Fransa Prezidenti bildirib ki, etirazları yatırmaq üçün hüquq-mühafizə orqanlarının üç min əməkdaşı, o cümlədən RAID və GIGN xüsusi təyinatlı polis və jandarmların 130 əməkdaşının cəlb edilib: “Əsas vəzifə ən qısa müddətdə sakitliyin və nizamın qaytarılmasıdır”.

Qeyd edək ki, Yeni Kaledoniyada on ildən artıqdır adada yaşayan Fransa sakinlərinə əyalət seçkilərində geniş səsvermə hüququnu nəzərdə tutan konstitusiyaya təklif edilən düzəlişə etiraz olaraq mayın 13-də aksiyalar başlayıb.

Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində baş verən etirazlara cavab olaraq Fransa hakimiyyəti komendant saatı tətbiq edib və ictimai toplantıları qadağan edib.

Son məlumatlara görə, Yeni Kaledoniyada etiraz aksiyaları zamanı ölənlərin sayı 6 nəfərə çatıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            315 23.05.24 19:02