Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:12 Xəzər rayonunda avtoqəza: Xəsarət alan var  |     17:54 Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - VİDEO  |     17:48 Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub  |     17:40 Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qalıb  |     17:20 Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO  |     17:05 Şərura dolu düşüb  |     16:46 XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım etdi  |     16:45 Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır  |     16:20 Keçmiş məhkumlar narkotiklə tutuldular  |     16:12 PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”  |     16:07 Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI  |     14:59 Azərbaycanda zəlzələ olub  |     14:41 Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ  |     14:19 Bakıda 55 yaşlı qadının meyiti tapıldı  |     14:10 Bakıda ağacəkmə aksiyası keçirilib  |     14:09 Əli Əsədov Türkiyəyə səfər edəcək  |     14:07 Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - FOTO/VİDEO  |     14:05 Xətaidəki qəzada 13 yaşlı oğlan xəsarət alıb  |     14:05 Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb  |     13:45 Bölgələrə yağış, Şahdağda isə qar yağıb - FAKTİKİ HAVA  |    

Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər

Yapon klimatoloqları müəyyən ediblər ki, qlobal istiləşmənin təsiri altında Sibir və Uzaq Şərqin cənub rayonlarında meşə yanğınlarının artması Avrasiyanın şimalında orta temperaturun təxminən 0,3 dərəcə azalmasına səbəb olacaq.

Median.Az xəbər verir ki, bu barədə Hokkaydo Universitetinin mətbuat xidməti məlumat yayıb.

Hokkaydo Universitetinin (Yaponiya) dosenti Teppey Yasunari bildirib ki, Sibirdə baş verən yanğınlar nəticəsində aerozol emissiyaları Şimal yarımkürəsinin çoxlu hissəsində temperaturun azalmasına, həmçinin Sibirdən küləklər əsən bölgələrdə havanın keyfiyyətinin pisləşməsinə səbəb olacaq: “Bu, aerozolların iqlimə və havanın keyfiyyətinə güclü təsirini bir daha vurğulayır”.

Yapon klimatoloqları qeyd ediblər ki, meşə yanğınları atmosferə çoxlu miqdarda kül hissəcikləri və aerozollar buraxır ki, bu da nəinki havanın keyfiyyətini pisləşdirir, həm də Günəş işığını və istiliyi səpələyir və bu da Yer kürəsində temperaturu azaldır.

Bundan əlavə, tədqiqatçılar müəyyən ediblər ki, havanın keyfiyyətinin pisləşməsi hər il on minlərlə insanın həyatına başa gələcək, Rusiya, Çin və Yaponiyanın tibbi xidmətləri əlavə olaraq təxminən 10 milyard dollar xərcləməli olacaqlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            246 24.04.24 22:58