Cibuti sahillərində gəmiyə hücum olunub.
Bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiya Mərkəzi (UMKTO) məlumat yayıb.
“UMKTO Cibutidən 72 dəniz mili cənub-şərqdə insident xəbəri alıb. Səlahiyyətli şəxslər hadisə ilə bağlı araşdırma aparır”, - məlumatda qeyd olunub.