Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:35 Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?  |     15:28 Türkiyədə zəlzələ oldu  |     15:24 Karantin rejiminin müddəti uzadıldı - Bu gündən  |     15:20 Xalq artistinə ağır itki  |     15:13 Məktəbli formalarını bu gündən daha ucuz qiymətə ala bilərsiniz  |     15:08 Növbəti həftə magistraturaya ixtisas seçimi başlayır  |     15:03 Rusiyanın dörd hava limanı fəaliyyətini dayandırıb  |     14:56 Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb  |     14:50 Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq  |     14:42 Hindistanda kimyəvi zavodda partlayış baş verib, 30-dan çox ölən var  |     14:37 Bakı Metropolitenində reklam lövhələri narazılığa səbəb oldu - FOTO  |     14:31 "Beşiktaş" Temmi Abrahamla danışıqlara başladı  |     14:25 Rəisdən ŞOK AÇIQLAMA: "Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim"  |     14:11 Yekaterinburqda Səfərov qardaşlarının qətli ilə bağlı Azərbaycanda cinayət işi BAŞLANDI  |     14:08 Azər Zahid ev dustaqlığına buraxıldı  |     13:50 Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq  |     13:11 Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb  |     13:09 Avro 2 manatı keçdi - 4 ildən sonra  |     13:08 Culfa rayonunun bir kəndində qaz kəsiləcək  |     13:08 Lionel Messi "İnter Mayami"dən ayrılmaq istəyir  |    

Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar

Jurnalistlər Moskva vilayətində “Crocus City Hall”dakı terror aktının sponsorluq etdiyi ehtimal olunan kriptopulqabı aşkar ediblər. Qeyd olunub ki, pulqabı ilə əlaqəli telefon nömrəsi “Xorasanın səsi” “Telegram” kanallarından birində (İŞİD-in Əfqanıstan qanadı) tapılıb.

“Terror aktı baş verən gün “Xorasanın səsi” ilə əlaqəli teleqram kanalında nömrəsi dərc edilmiş kriptopulqabıdan terrorçulara vəd edilənin təxminən yarısına bərabər məbləğ köçürülüb”, - deyə mənbədən qeyd edilib.

Bildirilib ki, bu kanaldan “Crocus” konsert zalında terror aktını törədənləri öz sıralarına cəlb etmək üçün istifadə olunub.

Pulqabı “Tronscan” platformasında yerləşdirilib və bu il martın 13-də aktivləşdirilib.

“Xorasanın səsi” “Telegram” kanalının administratoru - “Mavlavi_56” ləqəbli biri üç dəfə paylaşım edərək uşaqlara və əsir ailələrə kömək üçün vəsait toplamaq barədə post paylaşıb. Bu yazılarda kriptopulqabının ünvanı olub.

“Crocus”da terror baş verən gün ona 1000 dollara qədər külli miqdarda pullar gəlməyə başlayıb. Ümumilikdə dörd köçürmə edilib və pulqabından demək olar ki, dərhal naməlum ehtiyaclar üçün pul çıxarılıb.

Terror aktını törədənlərdən biri Faridun Şamsiddin həbs olunduqdan sonra məlumat verib ki, qruplaşmaya terror aktına görə yarım milyon rubl (9,2 min manat) ödəyəcəyi vəd edilib.

Məbləğin təxminən yarısı karta köçürülüb. Terror aktından sonra kriptopulqabı vasitəsilə əməliyyatların artıq baş tutmadığı vurğulanıb.

Xatırladaq ki, Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında terror aktı martın 22-də təşkil edilib. Rəsmi məlumatlara görə, hücuma görə azı 144 nəfər ölüb. İstintaq davam edir.

Mənbə: RIA Novostiскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 041 30.03.24 17:16