İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kaneman 90 yaşında vəfat edib.
Bu barədə “The Washington Post” onun övladlığa götürdüyü qızı Debora Treysmana istinadən yazıb.
Alim 2002-ci ildə “iqtisadi elmdə psixoloji texnikanın tətbiqinə, xüsusən də qeyri-müəyyənlik şəraitində mühakimələrin formalaşmasının və qərarların qəbul edilməsinin tədqiqinə görə” Nobel mükafatı alıb.
Kaneman 1934-cü ilin martında Təl-Əvivdə anadan olub. Alim davranış iqtisadiyyatının banilərindən biri, qeyri-müəyyənlik və risk şəraitində qərar qəbul etməyi təsvir edən perspektiv nəzəriyyəsinin müəllifi idi.