Venesuela Prezidenti ona qarşı sui-qəsd cəhdinin olduğunu dedi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 İki günlük körpənin xəstəxanada naməlum ölümü  |     22:51 Parisdə mitinq iştirakçıları Makronun istefasını tələb ediblər  |     22:29 Zaqatalada yol qəzası zamanı xəsarət alan beş nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB  |     22:17 Parisdə keçirilən aksiyada Avropa İttifaqının bayrağı cırılıb  |     21:51 Tramp Zukerberqi “sui-qəsddə” günahlandırıb və onu həbsxanaya göndərməklə hədələyib  |     21:47 Durovun saxlanılması hücumun bir hissəsidir - Filippot  |     21:17 İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək  |     21:10 Alimlər Yerin yaxınlığında üçüncü qlobal sahə tapdı  |     21:02 Qazaxıstanda dörd nəfər şaxtada zəhərlənərək ölüb  |     20:52 Sentyabrın 3-də bu ərazilərdə su olmayacaq  |     20:44 700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...  |     20:34 Qış parkında yay günü eskalatorları niyə "don vurdu"?  |     20:26 Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb  |     20:18 Lənkəranda qonşular arasında dava düşüb, 5 nəfər xəsarət alıb  |     20:06 İmişlidə müəllim intihar edib  |     19:46 XİN rəsmisi: Azərbaycanın İtaliyadan silah aldığı barədə iddia həqiqəti əks etdirmir  |     19:33 Ayxan Hacızadə: Azərbaycanla Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir  |     19:23 Bakıda 18 yaşlı qız binadan yıxılıb öldü  |     19:10 UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının SİYAHISI - FOTO  |     18:29 Bakıda 17 yaşlı qız itkin düşdü  |    

Venesuela Prezidenti ona qarşı sui-qəsd cəhdinin olduğunu dedi

Venesuela Prezidenti ona qarşı sui-qəsd cəhdinin olduğunu bildirib

Venesuela Prezidenti Nikolas Maduro Karakasın mərkəzində keçirilən mitinqdə həyatına sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.

"Report"un məlumatına görə, bu barədə Prezident "Venezolana de Television" kanalının canlı efirində bildirib.

Venesuela lideri 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyi seçici siyahılarına daxil edildikdən sonra Dieqo İbarra meydanında minlərlə insanın iştirak etdiyi mitinqdə çıxış edib.

"Bu gün burada, Dieqo İbarra meydanında iki silahlı şəxs mənə sui-qəsd etməyə hazırlaşırdı", - o deyib. "Saxlanılanlar ifrat sağçı, faşist "Vente Venesuela" Partiyasına mənsub olduqlarını etiraf ediblər", - Maduro vurğulayıb. O, cinayətkarların Prezident tərəfdarlarının mitinqdən əvvəl Milli Seçki Şurasının binası yaxınlığında keçirilən yürüşü zamanı saxlanıldığını deyib.

Karakas hökumətinin başçısı Naum Fernandez daha əvvəl Maduroya sui-qəsd etmək üçün nümayişə partlayıcı qurğularla daxil olan üç nəfərin saxlanıldığını açıqlamışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            339 26.03.24 12:06