Dünyanın ən çirkli şəhəri bəlli oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Polşa Prezidenti barmağının bir hissəsini itirdi  |     22:21 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat etdi  |     22:01 Ceyhun Bayramov Filemon Yanq ilə Azərbaycan-BMT əməkdaşlığını müzakirə edib  |     21:37 COP29 çərçivəsində Heydər Əliyev Fondunun "Azərbaycan. Təbiətin sehrində" nəşri təqdim edilib  |     21:31 Alimlər ilk dəfə Antarktidada kəhrəba tapdı  |     21:27 "Bitcoin"in məzənnəsi 92 min dollara çatdı  |     21:14 Tavuş vilayətində erməni hərbçisinin meyiti tapıldı  |     20:56 Tramp Ağ Evdə Baydenlə görüşüb  |     20:46 Ordubadın bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq  |     20:33 Ombudsman Beynəlxalq Ədalət Məhkəməsinin qərarını ədalətin bərpasında mühüm addım kimi qiymətləndirib  |     20:12 YAP və Çin Kommunist Partiyası əməkdaşlıq memorandumu imzalayıb  |     19:58 Zaxarova ATƏT-in Minsk Qrupu barədə: "Biz özümüz də narazıyıq"  |     19:46 Paşinyan Azərbaycan Prezidenti ilə BRICS çərçivəsində söhbəti çox vacib adlandırıb  |     19:32 Rusiya XİN COP29 konfransının Bakıda keçirilməsini alqışlayıb  |     18:54 ICGB: "Ukrayna üzərindən qaz tranzitinin dayandırılması Şaquli dəhlizin əhəmiyyətini artırır"  |     18:44 Nazir: "Bərpa olunan enerji layihələri üçün bütün imkanımızı səfərbər etmişik"  |     18:34 Paşinyan: İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır  |     18:15 Prezidentin nəvəsi Ronaldinyo ilə bir araya gəlib - FOTO  |     18:06 Rəcəb Tayyib Ərdoğan: "İsraillə ticarəti də, əlaqələri də kəsdik"  |     17:49 Ronaldinyo Bakı Olimpiya Stadionunda - FOTO  |    

Dünyanın ən çirkli şəhəri bəlli oldu

Təxminən doqquz milyon əhalisi olan Vyetnamın paytaxtı Hanoy dünyanın ən pis hava çirkliliyinə malik şəhərlərinin antireytinqində birinci yerdə qərarlaşıb.

Beynəlxalq havanın keyfiyyətinin qiymətləndirilməsi xidməti “IQAir”in monitorinq məlumatlarına əsasən, martın 5-də Vyetnam paytaxtının havasında PM2.5 mikrotozunun konsentrasiyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təhlükəsizlik səviyyəsindən 24 dəfə çox olub. ÜST-ə görə, PM2.5 hissəcikləri xərçəng, insult və digər xəstəliklərlə əlaqələndirilir.

Qeyd edək ki, son illərdə Hanoy genişmiqyaslı tikinti və avtomobil emissiyalarına görə tez-tez dünyanın ən çirkli şəhəri kimi siyahıya alınır. Kömürlə işləyən elektrik stansiyalarının emissiyaları və kənd təsərrüfatı tullantılarının yandırılması problemi dərinləşdirir.

Dünya Bankının son hesabatına görə, Hanoy sakinlərinin 40%-i ÜST-nin tövsiyələrindən təxminən beş dəfə yüksək konsentrasiyalara məruz qalır.

Mənbə: gazeta.ruскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 368 06.03.24 12:18