Argentinanın yeganə dövlət xəbər agentliyi “Telam” ölkə prezidenti Xavyer Mileyin təşəbbüsü ilə bağlanır.
Bu barədə dövlət başçısı parlamentin iclasının açılışında bildirib.
Mileyin sözlərinə görə, agentlik onun siyasi rəqiblərinin ideyalarının təbliği ilə məşğul olub.
“Son onilliklərdə kirşnerizmin (solçu ideologiyalarla bağlı siyasi hərəkat - red.) təbliğat agentliyi kimi istifadə edilən “Telam”ı bağlayacağıq”, - deyə o, bildirib.
Miley çıxışında müxalifət nümayəndələrini də xatırladıb və bildirib ki, onlar münaqişə axtarırlarsa, münaqişə olacaq.
Mənbə: İzvestiya (Rusiya)