Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96 faizdən 10 faizə düşüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:18 İstifadəçilər “Windows 11”ə daha tez keçdilər – SƏBƏB  |     21:45 Daşınmaz əmlaka dair sənədlərin həqiqiliyini yoxlamaq mümkündür - VİDEO  |     21:41 Turizm üçün ən yaxşı ölkə  |     21:35 Ləhic bağlarından OĞURLUQ  |     21:25 Bu ölkədə meymunlara görə referendum keçirilir  |     21:18 Firon İkinci Ramzesin qılıncı tapıldı  |     21:10 Kimlərə isti havada qəhvə içmək olmaz?  |     21:05 Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək  |     20:59 Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)  |     20:54 CNN: Rusiya dünyanın kommunikasiya infrastrukturuna qarşı təxribat hazırlayır  |     20:49 NASA zondu Günəş sisteminin kənarında gizli və gözlənilməz obyektlər tapdı  |     20:38 Sabah 34 dərəcə isti olacaq  |     20:30 Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş  |     20:24 Bakıda bəzi yollarda hərəkət istiqaməti dəyişdiriləcək  |     20:18 Bu idarəyə yeni rəis təyin olundu  |     20:12 Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib  |     20:07 Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət edib  |     19:59 Tacikistanın dağlıq rayonunda 5 maqnitudalı zəlzələ olub  |     19:53 Masallıda ölümlə nəticələnən avtoqəza olub  |     19:48 Moskva vilayətində parkinqdə yanğın baş verib, iki nəfər ölüb  |    

Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96 faizdən 10 faizə düşüb

Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96 faizdan 10 faizə düşüb və bu, Rusiyanın seçimi olub.

Bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə müsahibəsində danışıb.

“Müqavilələr imzalanıb, amma yerinə yetirilməyib. Üstəlik Ukraynadakı müharibəni tez-tez vurğulayırlar, lakin bu müqavilələr 2021-ci ilin əvvəlində imzalanıb, 1 ildən çox müddətə çatdırılmayıb və müharibə başlayandan sonra da tədarük edilməyib. Bu, Rusiya Federasiyasının qərarı idi, sonra biz faktlarla üzləşdik və (hərbi-texniki əməkdaşlığı) şaxələndirmək məcburiyyətində qaldıq”, - o bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik sektorunda əsas rolu Fransa oynayır:

“Fransa bizi birinci sinif silahlarla təmin edir. Bu məsələ, başa düşdüyünüz kimi, sükutu sevir və biz aldığımız hər şeyi bəyan edə bilmirik; hərbi-texniki əməkdaşlıq bu istiqamətdə sakit və balanslı işi nəzərdə tutur”.

Mənbə: Erməni KİVскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 113 02.03.24 14:10