Çanaqqala boğazında gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məsələ ilə bağlı açıqlama verilib.
“Qatı duman səbəbindən yaranan görmə məhdudiyyətinə görə Çanaqqala boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb”, - deyə qurumdan bildirilib.
Mənbə: Haber Global