Almaniyanın paytaxtı Berlin şəhərində 30 illik axtarışdan sonra “Qırmızı Ordu Fraksiyası”nın terrorçusu Daniela Klette həbs olunub.
Median.Az xəbər verir ki, bu barədə “Bild” nəşrinin teleqram kanalı məlumat yayıb.
Saxlanılma fevralın 26-da Almaniya paytaxtının Kroytsberq rayonunda polis tərəfindən həyata keçirilib.
Klette 1993-cü il martın 27-də Vayterştadt həbsxanasının partladılmasında və 1991-ci il fevralın 13-də ABŞ-ın Bonndakı səfirliyinə odlu silahla hücumda iştirak etməkdə ittiham olunur.
Klette 1968-ci ildən Almaniya və Qərbi Berlində fəaliyyət göstərən alman solçu terror təşkilatı “Qırmızı Ordu Fraksiyasının” üçüncü nəslinə aiddir. Onlar özlərini kommunist, antifaşist və antiimperialist ideyaların davamçısı hesab edərək dövlət məmurlarına, iş adamlarına və siyasətçilərə hücum ediblər. Təşkilat rəsmi olaraq ləğv edilmiş sayılır, onun bir neçə fəal iştirakçının axtarışı hələ də davam edir.