Rusiya prezidenti Vladimir Putin telefon danışığında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin Ərdoğanın ölkəsində və xaricdəki yüksək nüfuzunu, türk xalqının rifahı naminə uzun illər dövlət fəaliyyətini və xüsusən də Türkiyənin beynəlxalq arenada mövqelərini gücləndirdiyini qeyd edib.
Rəcəb Tayyib Ərdoğanın Rusiya-Türkiyə dostluq münasibətlərinin inkişafında mühüm şəxsi töhfəsi də vurğulanıb.
Liderlər Rusiya ilə Türkiyə arasında əlaqələrin daha da hərtərəfli möhkəmləndirilməsinə qarşılıqlı sadiq olduqlarını təsdiqləyiblər və müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Ərdoğana təbrik teleqramı da göndərilib.