Rusiyada həyat yoldaşı tərəfindən tərk edilən kişinin 15 il kanalizasiyada yaşadığı məlum olub.
Rusiyanın Tolyatti şəhərində yaşayan və adı Aleksandr kimi hallanan kişi həyat yoldaşının boşanma ərizəsi verdikdən sonra 15 il kanalizasiyada yaşayıb.
Arvadının boşanmasından sonra evsiz qaldığını deyən kişi kanalizasiya quyusuna düşdüyünü və 15 ilini orada keçirdiyini bildirib.
Adamı rusiyalı bloger Anton Qletçerov görüb və o, illərdir yerli əhalidən dilənərək sağ qaldığını bildirib.
Həmin şəxsin hələ də sağ olan qohumlarına çatdığını izah edən Qletçerov bildirib ki, qohumları onun 15 il əvvəl öldüyünü zənn edib, gəlib onu alacaqlarına söz veriblər, amma gəlməyiblər, zənglərə cavab verməyiblər.
Qletçerov kanalizasiyada yaşayan şəxsə evsizlər üçün sığınacaqda yer tapmağa çalışdığını deyib.
Yaşı açıqlanmayan şəxs normal iqamətgahda yaşamaq üçün işləməyə hazır olduğunu bildirib.
//azxeber.com