ABŞ-nin Kaliforniya ştatındakı “Scripps Research” tibb institutunun mütəxəssisləri dünyanın ən təhlükəli ilanlarının, o cümlədən kral kobra və qara mambanın zəhərini zərərsizləşdirən preparat hazırlayıblar.
Tədqiqat “Science Translational Medicine” (STM) elmi jurnalında dərc olunub.
Antidot bir çox ilan növlərində olan əsas toksini bloklayan anticismə əsaslanır. Sözügedən kəşf geniş spektrli zülallardan istifadə etməklə insanın immunçatışmazlığı virusu (İİV) ilə mübarizə üsullarını öyrənərkən edilib. İİV kimi, ilan toksinləri də mutasiyalar vasitəsilə qorunma yarada bilməyən konservləşdirilmiş bölgələrə malikdirlər.
Alimlər qeyd ediblər ki, bu antidot gürzə zəhərinin qarşısını ala bilmir. Ancaq bu problem digər uyğun anticismlərlə birləşdirilərək aradan qaldırıla bilər. Beləliklə, zülal dünyada istənilən ilanın zəhərini zərərsizləşdirəcək universal antidotun yaradlmasına yol açır.
//gazeta.ru