Köhnə “Windows 11” istifadəçiləri məcburi olaraq yenilənəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Polşa Prezidenti barmağının bir hissəsini itirdi  |     22:21 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat etdi  |     22:01 Ceyhun Bayramov Filemon Yanq ilə Azərbaycan-BMT əməkdaşlığını müzakirə edib  |     21:37 COP29 çərçivəsində Heydər Əliyev Fondunun "Azərbaycan. Təbiətin sehrində" nəşri təqdim edilib  |     21:31 Alimlər ilk dəfə Antarktidada kəhrəba tapdı  |     21:27 "Bitcoin"in məzənnəsi 92 min dollara çatdı  |     21:14 Tavuş vilayətində erməni hərbçisinin meyiti tapıldı  |     20:56 Tramp Ağ Evdə Baydenlə görüşüb  |     20:46 Ordubadın bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq  |     20:33 Ombudsman Beynəlxalq Ədalət Məhkəməsinin qərarını ədalətin bərpasında mühüm addım kimi qiymətləndirib  |     20:12 YAP və Çin Kommunist Partiyası əməkdaşlıq memorandumu imzalayıb  |     19:58 Zaxarova ATƏT-in Minsk Qrupu barədə: "Biz özümüz də narazıyıq"  |     19:46 Paşinyan Azərbaycan Prezidenti ilə BRICS çərçivəsində söhbəti çox vacib adlandırıb  |     19:32 Rusiya XİN COP29 konfransının Bakıda keçirilməsini alqışlayıb  |     18:54 ICGB: "Ukrayna üzərindən qaz tranzitinin dayandırılması Şaquli dəhlizin əhəmiyyətini artırır"  |     18:44 Nazir: "Bərpa olunan enerji layihələri üçün bütün imkanımızı səfərbər etmişik"  |     18:34 Paşinyan: İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır  |     18:15 Prezidentin nəvəsi Ronaldinyo ilə bir araya gəlib - FOTO  |     18:06 Rəcəb Tayyib Ərdoğan: "İsraillə ticarəti də, əlaqələri də kəsdik"  |     17:49 Ronaldinyo Bakı Olimpiya Stadionunda - FOTO  |    

Köhnə “Windows 11” istifadəçiləri məcburi olaraq yenilənəcək

“Microsoft” şirkəti “Windows 11 23H2” əməliyyat sisteminin yeni mərhələsinin başlandığını elan edib. “Windows 11”in köhnə versiyaları ilə işləyən uyğun cihazlar avtomatik olaraq yeni versiyaya yenilənəcək.

Şirkət qeyd edir ki, yeniləmə dəstəyi başa çatmış və ya dayanmaq üzrə olan “Windows 11” kompüterlərinin təhlükəsizliyini və funksionallığını təkmilləşdirmək üçün nəzərdə tutulub. Beləliklə, yeniləmə “Windows 11 21H2 və 22H2” sistemli kompüter istifadəçilərinə təsir edəcək. Birinci versiyanın dəstəyi 2023-cü ilin oktyabrında başa çatıb, ikinci versiya isə bu ilin oktyabr ayına kimi dəstəklənəcək. Bundan sonra “Microsoft” onlar üçün yeniləmələri buraxmayacaq.

“Microsoft” “Windows 11 23H2”ə yeniləmək üçün ən uyğun cihazları müəyyən etmək məqsədilə süni intellektdən istifadə edir. Bu, yeniləmə ilə bağlı potensial problemlərin qarşısını alacaq. Beləliklə, yeniləmə zamanı yeni əməliyyat sistemini quraşdırmaqda çətinlik çəkən qurğular lap axırda yenilənəcək.
//gazeta.ruскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 305 23.02.24 11:56