“Biz Fransaya iki günlük işgüzar səfərlə gəldik”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində paylaşım edib. Paşinyan həyat yoldaşı ilə Fransa paytaxtı Parisə gəlişini əks etdirən görüntülər yayımlayıb.
O, həmçinin səfərin gündəliyini də açıqlayıb.
“Bu gün Fransa Prezidenti Emmanuel Makronla görüşüm var. Həmçinin Fransa Senatının sədri Jerar Larşe ilə də görüşüm olacaq.
Səfər zamanı Fransanın Baş naziri Qabriel Atal, Paris meri Ann İdalqo və digər tərəfdaşlarla görüşlər nəzərdə tutulub”, - deyə Paşinyan bildirib.