Somalinin paytaxtı Moqadişuda partlayıcı qurğunun yolda partlaması nəticəsində mikroavtobusda olan azı 5 nəfər həlak olub.
Bu barədə Somalinin "Garoue" xəbər portalı məlumat yayıb.
Qeyd edilib ki, daha 10 nəfər yaralanıb.
Somali rəhbərliyi “Əş-Şəbab” qruplaşmasını terror aktı hazırlamaqda və həyata keçirməkdə ittiham edib.