Separatçı Vardanyanın sahib olduğu bankı Gürcüstan aldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Polşa Prezidenti barmağının bir hissəsini itirdi  |     22:21 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat etdi  |     22:01 Ceyhun Bayramov Filemon Yanq ilə Azərbaycan-BMT əməkdaşlığını müzakirə edib  |     21:37 COP29 çərçivəsində Heydər Əliyev Fondunun "Azərbaycan. Təbiətin sehrində" nəşri təqdim edilib  |     21:31 Alimlər ilk dəfə Antarktidada kəhrəba tapdı  |     21:27 "Bitcoin"in məzənnəsi 92 min dollara çatdı  |     21:14 Tavuş vilayətində erməni hərbçisinin meyiti tapıldı  |     20:56 Tramp Ağ Evdə Baydenlə görüşüb  |     20:46 Ordubadın bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq  |     20:33 Ombudsman Beynəlxalq Ədalət Məhkəməsinin qərarını ədalətin bərpasında mühüm addım kimi qiymətləndirib  |     20:12 YAP və Çin Kommunist Partiyası əməkdaşlıq memorandumu imzalayıb  |     19:58 Zaxarova ATƏT-in Minsk Qrupu barədə: "Biz özümüz də narazıyıq"  |     19:46 Paşinyan Azərbaycan Prezidenti ilə BRICS çərçivəsində söhbəti çox vacib adlandırıb  |     19:32 Rusiya XİN COP29 konfransının Bakıda keçirilməsini alqışlayıb  |     18:54 ICGB: "Ukrayna üzərindən qaz tranzitinin dayandırılması Şaquli dəhlizin əhəmiyyətini artırır"  |     18:44 Nazir: "Bərpa olunan enerji layihələri üçün bütün imkanımızı səfərbər etmişik"  |     18:34 Paşinyan: İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır  |     18:15 Prezidentin nəvəsi Ronaldinyo ilə bir araya gəlib - FOTO  |     18:06 Rəcəb Tayyib Ərdoğan: "İsraillə ticarəti də, əlaqələri də kəsdik"  |     17:49 Ronaldinyo Bakı Olimpiya Stadionunda - FOTO  |    

Separatçı Vardanyanın sahib olduğu bankı Gürcüstan aldı

Gürcüstana məxsus “Bank of Georgia” (BoG) Ermənistanın ən böyük banklarından biri olan və əvvəllər separatçı Ruben Vardanyan tərəfindən idarə edilən “Ameriabank”ın səhmlərinin 100%-ni alır.

Bu barədə BoG-un saytında xəbər verilib.

Bildirilir ki, əməliyyatın dəyəri 303,6 milyon dollardır. Razılaşma bitdikdən sonra BoG Ermənistan bankının adını dəyişməyi planlaşdırır.

Yeri gəlmişkən, qeyd edək ki, Qarabağda separatçı rejimdə “dövlət naziri” olmuş Ruben Vardanyan hazırda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında digər separatçılarla birlikdə saxlanılır. Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb. Separatçı milyarder barəsində cinayət işinin istintaqı davam edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 121 19.02.24 15:45