İstanbuldakı terror aktından sonra 100-dən çox adam saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:18 İstifadəçilər “Windows 11”ə daha tez keçdilər – SƏBƏB  |     21:45 Daşınmaz əmlaka dair sənədlərin həqiqiliyini yoxlamaq mümkündür - VİDEO  |     21:41 Turizm üçün ən yaxşı ölkə  |     21:35 Ləhic bağlarından OĞURLUQ  |     21:25 Bu ölkədə meymunlara görə referendum keçirilir  |     21:18 Firon İkinci Ramzesin qılıncı tapıldı  |     21:10 Kimlərə isti havada qəhvə içmək olmaz?  |     21:05 Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək  |     20:59 Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)  |     20:54 CNN: Rusiya dünyanın kommunikasiya infrastrukturuna qarşı təxribat hazırlayır  |     20:49 NASA zondu Günəş sisteminin kənarında gizli və gözlənilməz obyektlər tapdı  |     20:38 Sabah 34 dərəcə isti olacaq  |     20:30 Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş  |     20:24 Bakıda bəzi yollarda hərəkət istiqaməti dəyişdiriləcək  |     20:18 Bu idarəyə yeni rəis təyin olundu  |     20:12 Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib  |     20:07 Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət edib  |     19:59 Tacikistanın dağlıq rayonunda 5 maqnitudalı zəlzələ olub  |     19:53 Masallıda ölümlə nəticələnən avtoqəza olub  |     19:48 Moskva vilayətində parkinqdə yanğın baş verib, iki nəfər ölüb  |    

İstanbuldakı terror aktından sonra 100-dən çox adam saxlanılıb

Türkiyənin İstanbul şəhərində Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum, törədilən terror aktı ilə bağlı 100-dən çox adam saxlanılıb.

Median.Az
 xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc “TRT Haber” telekanalına açıqlamasında bildirib.

“Bu günə kimi 102 nəfər, o cümlədən terror fəaliyyətində iştirakda şübhəli bilinən 96 nəfər saxlanılıb, onların dindirilməsi davam etdirilir. İstintaq hərtərəfli gedir, o cümlədən saxlanılanların xarici güclərlə əlaqəsi araşdırılır”, - nazir deyib.

Daha əvvəl 90 nəfərin saxlanıldığı bildirilirdi. İş İstanbul prokurorluğu tərəfindən araşdırılır.

Xatırladaq ki, hadisə fevralın 6-da günorta radələrində baş verib. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, Çağlayan rayon məhkəməsinin binasının girişində hücum edənlər DHKP/C terror təşkilatının iki üzvü olub. Terror aktı nəticəsində 2 nəfər ölüb, üçü polis olmaqla 6 nəfər yaralanıb. Onlardan biri sonradan ölüb. Yerli KİV hücum günü məhkəmə binasında hücum edənlərdən birinin bacısının ittiham olunduğu işə baxıldığını bildirib. İstintaqın versiyasına görə, terrorçular onu azad etməyi planlaşdırmışdılar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            882 09.02.24 21:40