Mojo.az Banner
19:29 Qəzaya düşən Vətən müharibəsi iştirakçısı öldü  |     19:21 "Sənədsiz evlər qlobal problemdir" - Deputat  |     19:16 Zərdabda odlu silah tapıldı  |     19:10 Deputat sahibsiz itlər problemindən danışdı  |     19:03 Tovuzda bağça müdirinə keçmiş həyat yoldaşı xəsarət yetiridi  |     18:54 İranda 3 min etirazçı saxlanılıb - KİV  |     18:49 Restorandan iki ədəd mobil telefon oğurlandı  |     18:43 Həmin uşaq Van Dammın azərbaycanlı nəvəsi deyilmiş - Gəlinindən açıqlama  |     18:35 Yəmən hökuməti istefa verdi - KİV  |     18:30 Polis Akademiyası işə qəbul elan edir  |     18:24 Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq  |     18:15 Biləcəridə meşə məhv olur - 8 aydır tədbir görülmür (Video)  |     18:09 Narkotik satanlar tutuldu  |     17:59 Bakıda poliklinika anaya uşağın sağlam, ataya isə xəstə olduğu barədə arayışlar verib (FOTOLAR)  |     17:42 Kiberpolis qanunsuz onlayn kazino oyunlarına qarşı mübarizəni davam etdirir- ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (Video)  |     17:35 Prezidentin yüksək vəzifə verdiyi Əfqan Cəlilov kimdir?  |     17:30 Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq  |     17:10 Üç gün əvvəl qəzaya düşən şəxs ÖLDÜ  |     16:57 Assosiasiya sədri: Bələdiyyələri "qəbir yeri satan" kimi təqdim edirlər  |     16:54 Novxanıdakı kəsim məntəqəsində nöqsanlar aşkarlandı  |    
Left Banner
Right Banner

Rusiyadan Ermənistana göndərilən dərsliklərin paylanması dayandırılıb

16.11.2023 18:59 2 241
Rusiyadan Ermənistana göndərilən dərsliklərin paylanması dayandırılıb
“Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının ekspertizasının keçirilməsi zərurəti bəhanəsi ilə bu prosesi dayandırıb”.

Bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov özünün “Telegram” kanalında yazıb.

“Xüsusilə maraqlısı budur ki, erməni həmkarlarımızın özləri bizə lazımi dərsliklərin konkret siyahısını göndəriblər”, - deyə o bildirib.

Vitse-spiker qeyd edib ki, Ermənistan Respublikası Milli Assambleyasının təşəbbüsü və Rusiya-Ermənistan Parlamentlərarası Komissiyasının iclaslarında erməni deputatların dəfələrlə müraciətləri nəticəsində Federasiya Şurası rəhbərliyinin bilavasitə dəstəyi ilə Rusiya tərəfi 50 mindən çox şagirdin tədrisi rus dilində olan erməni məktəblərinə alınması və gələcəkdə pulsuz köçürülməsi üçün əlavə büdcə vəsaitini əldə etməyə nail olmuşdu.

“Bişkekdəki nümayəndə heyətimiz Ermənistan parlamentinin vitse-spikeri qarşısında bu məsələni qaldırıb. Ümid edirik ki, bütün maneələr tezliklə aradan qaldırılacaq” , - deyə Vorobvoy əlavə edib.скачать dle 11.3