Mojo.az Banner
13:08 Finlandiyada sabit telefon xidməti ləğv edilir  |     13:07 Ağsuda zəlzələ olub  |     12:50 Hərbi xidmətdən möhlət alan şəxslərin bəzi hallarda ölkədən çıxışına məhdudiyyət qoyula bilər  |     11:13 Vəzifəli şəxsləri şantaj edən "reket jurnalist"lə bağlı QƏRAR  |     10:58 Qarlı hava şəraitində respublikanın avtomobil yollarında SON VƏZİYYƏT  |     23:02 Otellərdəki Wi-Fi-dan heç vaxt istifadə etməyin: mütəxəssislər səbəbini izah edir  |     22:58 Uşaqlar üçün olan bu məhsul bahalaşdı  |     22:50 Bu halda sürücüləri 40 manat cərimə gözləyir - Video  |     22:45 "ChatGPT"də reklamlar necə yayımlanacaq?  |     22:41 Azərbaycanın təhvil verdiyi erməninin pasportu yox imiş  |     22:33 2 179 abonentin qazı kəsiləcək  |     22:27 Paşinyan 28 il əvvəl 20 Yanvar haqqında bunları demişdi - VİDEO  |     22:21 Qızılın qiyməti tarixi maksimumu yenilədi  |     22:00 Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Fotolar  |     21:27 Qərib Mehdi vəfat edib  |     21:21 Mətanət Eminova vəfat etdi  |     21:14 Azərbaycanda şəlalə dondu - FOTOLAR  |     21:07 Vaaqn Xaçatryan: Ümid edirəm ki, Azərbaycandan mallar birbaşa Ermənistana daxil olacaq  |     20:59 Cəlilabadın bir sıra ərazilərində elektrik enerjisinin verilişi təmin olunub  |     20:41 "Euronews": Sovet qətliamının xatirəsi Azərbaycanın müstəqillik arzularında əsas amilə çevrilib  |    
Left Banner
Right Banner

Şimali Makedoniya ilin sonuna qədər TAP-a qoşulacaq

13.11.2023 20:43 1 536
Şimali Makedoniya ilin sonuna qədər TAP-a qoşulacaq
Şimali Makedoniya ilin sonuna qədər qaz saxlanclarını Trans-Adriatik Boru Kəməri (TAP) və Yunanıstandakı mayeləşdirilmiş təbii qaz (LNG) terminalları ilə birləşdirəcək qaz kəməri layihəsi üzərində işə başlayacaq.

Median.A
z TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski Vyana İqtisadi Forumunda çıxışı zamanı bildirib.

“Biz qonşu ölkələrlə, xüsusən də Yunanıstanla birlikdə strateji layihələr üzərində işləyirik və ilin sonuna qədər Şimali Makedoniyaya Trans-Adriatik Boru Kəmərinə, Revituzadakı LNG terminallarına, eləcə də Aleksandrupolisdə tikiləcək yeni terminala qoşulmağa imkan verəcək yeni boru kəməri layihəsinin həyata keçirilməsinə başlayacağıq. Bu, ölkənin enerji müstəqilliyini və enerji təchizatı mənbələrinin şaxələndirilməsini təmin edəcək”, - D.Kovaçevski deyib.

Qeyd edək ki, 2022-ci ildə Aleksandrupolis şəhərində üzən maye qaz terminalının tikintisinə başlanılıb. Yeni terminal 2023-cü ilin sonuna kimi fəaliyyətə başlamalıdır, onun gücü ildə 5,5 milyard kubmetr təbii qaz olacaq. Revituza adasındakı mövcud terminal Afinanın qərbində yerləşir.

Xatırladaq ki, 31 dekabr 2020-ci il tarixində Azərbaycan Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya kommersiya məqsədli qazın tədarükünə başlayıb. 25 il müddətinə nəzərdə tutulan tədarüklər Avropa bazarına illik 10 milyard kubmetrdən çox ixracı təmin edir ki, bunun da 8 mlrd. kubmetri İtaliyanın payına düşür. Yunanıstan və Bolqarıstan isə hərəyə 1 milyard kubmetr paya malikdirlər.скачать dle 11.3