İranda qadınlara stadionlara gəlmək icazəsi verilə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:22 Bakıda binaların fasadlarında yeni divar rəsmləri peyda oldu  |     12:17 Süni itellekt Mayk Taysonla Ceyk Pol arasındakı döyüşün qalibini açıqlayıb  |     12:12 Rusiya Federasiyasının Baş prokuroru Bakıya gəlib  |     11:35 Alparslan Bayraktar COP29-da Ankaranın nüvə enerjisi sahəsindəki hədəflərindən danışdı  |     11:22 Bu gündən yaşayış binalarına İSTİLİK VERİLMƏSİ START GÖTÜRÜR  |     11:19 Filipp Kirkorov axtarışa verildi  |     22:29 Pentaqon ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olduğunu inkar edib  |     22:10 İsrail HHQ Suriyada “İslami Cihad”ın obyektlərinə zərbələr endirib  |     22:02 COP29-un ən balaca iştirakçısı (VİDEO)  |     21:57 Polşa Koreya tanklarını Kalininqrada yaxınlaşdırdı  |     21:50 Ukrayna atom bombası hazırlayır? - Rəsmi Kiyevdən açıqlama  |     21:44 Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıra bilər  |     21:41 Azərbaycanlı müğənni evini 280 000 AZN-ə satır (VİDEO)  |     21:35 Əmək müqavilələrinin sayı 2 milyona çatır  |     21:27 "Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA  |     21:20 Hansı yaşda alkoqoldan tamamilə imtina etmək lazımdır? - Həkim  |     21:07 Yeni ildə neçə gün iş olmayacaq?  |     21:00 "Baker Hughes" şirkəti ilə birgə fəaliyyətin təşviqi müzakirə edilib  |     20:58 İstanbulda PKK-ya qarşı əməliyyat keçirilib, altı nəfər şübhəli saxlanılıb  |     20:23 Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb  |    

İranda qadınlara stadionlara gəlmək icazəsi verilə bilər

İran parlamenti tezliklə qadınlara futbol stadionlarına gəlmək icazəsinin verilib-verilməməsi məsələsinə baxmalıdır.

Son illərdə belə bir icazənin verilməsi üçün dünya futbol təşkilatı - FIFA Tehrana təzyiq göstərir.

İranda qadınların futbol matçlarına stadionlarda tamaşa etməsinə qadağa 40 il bundan əvvəl, 1979-cu ilin İslam İnqilabından sonra qoyulub.

Bu barədə məlumatı yerli mediaya oktyabrın 28-də İran Futbol Federasiyasının baş direktoru Həsən Kamranifər verib:

"Əgər qərar qəbul olunsa, qadınlara çox tezliklə stadionlara gəlmək icazəsi veriləcək".

İranın qatı mühafizəkar dini rəhbərliyi qadınların futbol matçlarına stadionlarda kişilərlə birgə tamaşa etməsinin əleyhinədir.

İran 2019-cu ildə yenə də FIFA-nın təzyiqi altında 4 min qadının Tehranın Azadi stadionunda İran və Kamboca milliləri arasında Dünya Kubokunun seçmə matçına tamaşa etməsinə icazə vermişdi.

Lakin sonradan koronavirus pandemiyası bu sahədə atılan addımları yarımçıq qoyub.

Koronavirus məhdudiyyətlərinə görə İranda futbol matçları tamaşaçısız stadionlarda keçirilir.

Əgər belə olmasaydı oktyabrın əvvəllərində İran və Cənubi Koreya yığmaları arasında Dünya Kubokunun seçmə matçına qadınların da gəlməsinə icazə verilə bilərdi.

Lakin bu matç da tamaşaçılar olmadan keçirildi.

Xəbər verilir ki, İranda azarkeşlərin yenidən stadionlara buraxılacağı təqdirdə, İran Futbol Federasiyası qadınların da ən azı Dünya Kuboku seçmə oyunlarına tamaşa etmək üçün stadionlara gəlməsinə icazə verməlidir.

Əks təqdirdə təşkilat FIFA-nın sanksiyaları ilə üzləşə bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            420 29.10.21 20:58