“Taliban”ın rəhbərliyində təmsil olunan şəxslər Qətərin paytaxtı Dohada 14 ölkənin rəsmi nümayəndəsi ilə görüş keçirib.
Bu barədə “Taliban”ın sözçüsü Bilal Kərimi məlumat verib.
B.Kərimi görüşdə iştirak edən nümayəndələrin hansı ölkələrdən olması barədə tam siyahını açıqlamasa da, onların arasında Almaniya, Yaponiya, Yeni Zelandiya və Norveçdən olan nümayəndələrin olduğunu qeyd edib.
Görüşdə əsas mövzu ABŞ-ın Əfqanıstanın xarici banklarda olan aktivlərinin dondurulması olub.
“Taliban” bu iqtisadi blokadanın dərhal aradan qaldırılması üçün beynəlxalq aləmdən ABŞ-a təzyiq göstərməyi xahiş edib.