Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti vəzifəsinə başladıqdan sonra Cozef Baydenlə münasibətlərin elə də yaxşı olmadığını bəyan edib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı türkiyəli jurnalistlərə bildirib.
"İstəyirəm ki, iki NATO ölkəsi olaraq biz düşmən yox, dost olaq. Amma indiki vəziyyət o qədər də yaxşı deyil. Baş nazir və Prezident kimi təxminən 19 illik fəaliyyətimə əsaslanaraq deyə bilərəm. Əfsuslar olsun ki, ABŞ-la münasibətlərdə yaxşı zaman deyil. Corc Buş, Barak Obama, Donald Trampla yaxşı işlədim, amma Cozef Bayden ilə yaxşı başladığımızı deyə bilmərəm", - Ərdoğan qeyd edib.