Almaniyanın səhiyyə naziri Yens Şpan koronavirus pandemiyasının bitəcəyi tarixi açıqlayıb.
O, “Augsburger Allgemeine” nəşrinə müsahibəsində 2022-ci ilin yaz aylarında kollektiv immunitetə nail olunacağını və bununla da pandemiyanın sona çatacağını gözlədiklərini bəyan edib.
Nazir COVID vaksinlərin təsirini aşa bilən yeni mutasiyaların meydana çıxma ehtimalını olduqca aşağı qiymətləndirib. O məhz növbəti bahardan etibarən normal həyat şərtlərinə dönüləcəyini bildirib.
Mənbə: “Anadolu”