Nikaraquada 6,5 bal gücündə zəlzələ olub.
Məlumatı ABŞ Geoloji Araşdırma Mərkəzi yayıb.
Bildirilib ki, zəlzələnin ocağı 30,7 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Nikaraquanın şimal-qərbində Xikilo şəhəri sahilindən 78 km cənub-qərbdə baş verib.
İtki, xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.