Yaponiyada koronavirusun ştammları ilə mübarizə çərçivəsində peyvəndin 3-cü dozasının tətbiqi ilə bağlı plan müzakirə olunub.
Ölkənin COVID-19 Məsləhət Şurası ikinci dozadan altı ay sonra, koronavirusa qarşı istehsal olunan anticismin azaldığını və vaksinin Yaponiyada yayılan “Delta” da daxil olmaqla müxtəlif variantlara qarşı təsirini itirdiyini iddia edib.
Peyvənd istehsalçılarının 3-cü dozanın zəruriliyi ilə bağlı çağırışlarını nəzərə alan nümayəndə heyəti bu dozanın vurulması üçün planlamanı həyata keçirməyə qərar verib.
Müvafiq olaraq, iki doza “Pfizer”, “Moderna” və ya “AstraZeneca” peyvəndi vurduranlar müraciət edərsə, eyni markalı vaksini vurdura biləcəklər.