Ukrayna “Beynəlxalq Sülh Mühafizəsi və Təhlükəsizlik Mərkəzi”nin bazasında “Rapid Trident-2021” adlı genişmiqyaslı Ukrayna-ABŞ hərbi təlimi start götürür.
Təlimlərdə 15 ölkədən 6 min əsgər iştirak edəcək.
Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş, tank və artilleriya bölmələri aktiv müdafiə aparmaq və hücum taktikası hazırlamaq üçün təlim keçəcək.
Təlimə Ukraynadan Milli Qvardiya, Dövlət Sərhəd Xidməti və Hərbi Hüquq-Mühafizə Xidmətinin bölmələri qatılacaq.
Təlimlər oktyabrın 1-dək davam edəcək.