Fransanın cənub-qərbindəki Tarbes şəhərində 150 baykerin iştirak etdiyi kütləvi davada 1 nəfər ölüb, daha 2 nəfər bıçaq xəsarət alıb.
Bu barədə "France Info" radiostansiyası məlumat yayıb.
Hadisə musiqi, döymə sərgisi və poker turnirinin yer aldığı Amerika Salon Festivalının keçirildiyi Sərgi Parkında baş verib.
Kütləvi davanın səbəbləri hələlik məlum deyil.
Hüquq-mühafizə orqanları dava zamanı insanlara xəsarət yetirən şəxsin axtarışına başlayıb.
Tarba şəhərinin meri Qerard Tremeje festivalın dərhal dayandırılmasını əmr edib və iştirakçıların evlərinə qayıtmasını tələb edib.