Avstraliyanın Melburn şəhərində hökumətin koronavirus pandemiyası çərçivəsində həyata keçirdiyi qadağalara qarşı kütləvi etiraz edilib.
Onlarla inşaatçı yeni koronavirus məhdudiyyətlərinə etiraz olaraq Melburn şəhərinin əsas yollarında hərəkəti dayandırıb.
Aksiya çərçivəsində etirazçılar şəhərin mərkəzi küçələrinə stullar gətirərək ictimai nəqliyyatın hərəkətinə mane olublar.
Qeyd edək ki, avqust ayında Avstraliyanın Sidney şəhərində hökumət COVID-19-un yayılması ilə əlaqədar şəhərdə bir ay müddətində sərt qadağalar tətbiq etmişdi.