Rusiyanın Novosibirsk şəhərində seçki məntəqəsində qadın qəfil ürək tutmasından ölüb.
Faciə şəhərin Kirovski rayonundakı 41 saylı seçki məntəqəsində baş verib.
Bu barədə jurnalistlərə regional təcili yardım stansiyasının baş həkimi İrina Bolşakova deyib.
Mərhumun 71 yaşı olub. Seçki məntəqəsində vəzifə yerinə yetirən feldşer ona ilk tibbi yardım göstərməyə çalışıb, 9 dəqiqədən sonra təcili yardım maşını gəlib, amma yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Rusiyada sentyabrın 17-dən 19-dək Dövlət Dumasına və digər orqanlara seçkilər keçirilir.
Mənbə: Mk.ru