29 il əvvəl həbsxanadan qaçan kişi kirayə pulunu ödəyə bilmədiyi üçün təslim oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:12 Mikayıl Cabbarov Viktor Parlikovla görüşdü  |     18:59 Messi hakimi təhqir edib  |     18:51 Ağstafada 41 yaşlı qadın itkin düşüb  |     18:42 MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə istintaq başa çatıb  |     18:41 Dubay şokoladı alanların diqqətinə - Gömrükdə saxlanıla bilərsiniz  |     18:11 Uşaqlar və böyüklər arasında yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ  |     17:51 Azərbaycan və Maldiv arasında iki memorandum imzalandı  |     17:18 Albaniya Parlamentinin sədri Azərbaycana səfərə gəlib  |     17:04 Azərbaycanlı futbolçu "Real Madrid"də çıxış edə bilər  |     16:48 Hava şəraiti qeyri-sabit keçəcək  |     16:27 "Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir  |     16:10 Azərbaycanda tələbə vəfat etdi (FOTO)  |     16:01 İspaniyada qocalar evində dəhşətli yanğın - 10 nəfər öldü  |     15:55 Paşinyan psixoloji problem yaşayır? - AÇIQLAMA  |     15:46 Türkiyə-Gürcüstan sərhədində zəlzələ baş verib  |     15:17 Tramp öz vəkilini ABŞ baş prokurorunun müavini təyin etdi  |     15:06 "Kartdan-karta" üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     14:33 İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT  |     14:26 Lionel Messi Paraqvaya məğlub olduqları görüşdə baş hakimi təhqir edib  |     14:20 Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib  |    

29 il əvvəl həbsxanadan qaçan kişi kirayə pulunu ödəyə bilmədiyi üçün təslim oldu

Avstraliyanın Yeni Cənubi Uels ştatında (NSW) həbsxanadan qaçan məhbus 29 ildən sonra təslim olub.

Onun illər sonra bu addımı atmasına koronavirus pandemiyasında işsiz qalması səbəb olub.

64 yaşlı Darko Desik narkotik maddə yetişdirdiyi üçün 3,5 il həbs cəzasına məhkum edilib və 13 ay həbsdə olduqdan sonra, 1992-ci il avqustun 1-də həbsxanadan qaçıb.

Bütün axtarışlara baxmayaraq, tapıla bilməyən Desikin Sidneyin şimal çimərliklərində məskunlaşdığı və təmir-tikinti işləri ilə məşğul olduğu bildirilib.

Ştatda koronavirusa görə təxminən 3 aydır davam edən ciddi qadağalar səbəbiylə işi tamamilə dayanan kişi kirayə pulunu ödəyə bilməyib.

Evdən çıxıb sahildə yaşamağa başlayan Desik dəmir barmaqlıqlar arxasında yaşamağın “evsiz” olmaqdan “daha asan” olacağını düşünərək polisə təslim olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            390 16.09.21 12:21