Almaniya Daxili İşlər Nazirliyi 2,6 min əfqanıstanlıya Almaniyada qalmaq icazəsi verib.
Bu qərar, əsasən, həyatı təhlükə altında olan şəxslərə - hüquq müdafiəçiləri, rəssamlar, alimlər və jurnalistlərə şamil edilib.
İcazə yalnız sadalanan peşələrin nümayəndələrinə deyil, həm də ailə üzvlərinə veriləcək.
Bundan əlavə, onlara Almaniyada yaşamaq icazəsi də veriləcək. Beləliklə, əfqanıstanlılara sığınacaq üçün müraciətə ehtiyac olmayacaq.
Mənbə: TASS