İraqda gürcü əsilli qulluqçu qadın işlədiyi evdən 2,6 milyon dollar və dörd kiloqram qızıl oğurlayıb.
Oğurluqda dörd nəfər iştirak edib. Əsas "qəhrəman" isə Gürcüstandan İraqa qızıl tacirinin ailəsinə xidmət etməyə gələn şəxs olub.
Qadın sərhədi keçərək Türkiyəyə qaçıb və özü ilə 20 min dollar da götürə bilib. Polis təhlükəsizlik kameralarını izləməklə pul və qızılları tapa bilib.