Türkiyənin Muğla vilayətinin Datça rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə AFAD məlumat yayıb.
Yerli vaxtla 16:31-də baş verən zəlzələ Egey dənizində, Datçaya 40,07 kilometr məsafədə qeydə alınıb.
Zəlzələnin dərinliyi 8,02 kilometr təşkil edib.