Kanadanın Nyufaundlend adasının şərq sahillərində "Larry" qasırğası səbəbindən təxminən 60 min insan elektriksiz qalıb.
Bu barədə CBC telekanalı məlumat yayıb.
Kanada Milli Hava Bürosunun məlumatına görə, küləyin sürəti 50,5 m/s-ə çatır.
Külək yüzlərlə ağac, yol nişanı və reklam lövhələrini uçurub. Hazırda yolların bir hissəsi daşqın səbəbindən nəqliyyatın hərəkəti üçün bağlanıb.
İnsan tələfatı barədə məlumat verilmir.