Hindistanda səlahiyyətlilər yeni virusla bağlı hərəkətə keçdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:59 Messi hakimi təhqir edib  |     18:51 Ağstafada 41 yaşlı qadın itkin düşüb  |     18:42 MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə istintaq başa çatıb  |     18:41 Dubay şokoladı alanların diqqətinə - Gömrükdə saxlanıla bilərsiniz  |     18:11 Uşaqlar və böyüklər arasında yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ  |     17:51 Azərbaycan və Maldiv arasında iki memorandum imzalandı  |     17:18 Albaniya Parlamentinin sədri Azərbaycana səfərə gəlib  |     17:04 Azərbaycanlı futbolçu "Real Madrid"də çıxış edə bilər  |     16:48 Hava şəraiti qeyri-sabit keçəcək  |     16:27 "Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir  |     16:10 Azərbaycanda tələbə vəfat etdi (FOTO)  |     16:01 İspaniyada qocalar evində dəhşətli yanğın - 10 nəfər öldü  |     15:55 Paşinyan psixoloji problem yaşayır? - AÇIQLAMA  |     15:46 Türkiyə-Gürcüstan sərhədində zəlzələ baş verib  |     15:17 Tramp öz vəkilini ABŞ baş prokurorunun müavini təyin etdi  |     15:06 "Kartdan-karta" üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     14:33 İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT  |     14:26 Lionel Messi Paraqvaya məğlub olduqları görüşdə baş hakimi təhqir edib  |     14:20 Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib  |     14:12 Azərbaycan XİN başçısı COP29 çərçivəsində CARICOM-un baş katibi ilə danışıqlar aparıb  |    

Hindistanda səlahiyyətlilər yeni virusla bağlı hərəkətə keçdi

Hindistanın Karnataka ştatının səlahiyyətliləri qonşu Kerala ştatında təhlükəli nipah virusunun aşkarlanmasından sonra bir neçə rayonda yüksək hazırlıq rejimi elan ediblər.

Daha əvvəl Hindistanın Kerala ştatında 11 nəfərdə ölümcül nipah virusunun simptomlarının aşkarlandığı, vəziyyətlərinin stabil olduğu bildirilmişdi. Bu insanların hamısı nipah virusundan ölən 12 yaşlı bir oğlanla təmasda olmuşdular. Uşağın ölümündən sonra ştatın həkimləri onunla təmasda olan 251 nəfəri yoxlamağa başladılar.

Karnatakanın Səhiyyə Nazirliyinin təlimatlarında bildirilib ki, Keraladan gələnlərdə hərarət, psixi dəyişikliklər, şiddətli halsızlıq, baş ağrısı, tənəffüs çatışmazlığı, öskürək, qusma, əzələ ağrısı, sancılar və ishal kimi simptomlar izlənilməlidir.

Nipah virusu uçan tülkülər və siçanlar tərəfindən yayılır. Virus adətən yoluxmuş heyvanın tüpürcəyi ilə çirklənmiş meyvəni yeyən insanlara ötürülür. Ümumdünya Səhiyyə Təşkilatı bu virusu dünyanın ən təhlükəli viruslarından biri adlandırır, bunun üçün nə dərman, nə də vaksin yoxdur və xəstəliyin ölüm nisbəti 40-75% arasında dəyişir.

//“RİA Novosti”скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            762 11.09.21 13:25