Ukrayna Prezidenti Volodimir Zelenski dövlət başçısı postuna növbəti seçkilərdə mümkün iştirakı ilə bağlı sualı cavablandırıb.
Zelenski verdiyi vədləri birinci müddət ərzində həyata keçirmək istədiyini bildirib.
“Seçkilərdə iştirak etmək fikrim yoxdur. Yaxşısı budur, vəd etdiklərimi birinci müddət ərzində həyata keçirib dincəlməyə gedim”, - V.Zelenski deyib.