Afrika İttifaqı (Aİ) bu günlərdə hərbi çevriliş baş vermiş Qvineya Respublikasının üzvlüyünü dayandırıb.
Bu barədə təşkilatın Sülh və Təhlükəsizlik Şurası tviter hesabından bildirib:
“Şura Qvineya Respublikasını Aİ-nin bütün rəhbər qurumlarında fəaliyyətdən və üzvlükdən çıxartmaq qərarına gəlib”.