“Türkiyə şirkətləri ölkənin İstanbul şəhərinin yeni beynəlxalq hava limanını həm 3 ilə tikdilər, həm də ən müasir innovasiya ilə təchiz etdilər”.
“Report” xəbər verir ki, bunu işğaldan azad olunmuş Qarabağ bölgəsinin bərpasına və inkişafına həsr olunmuş Türkdilli Dövlətlərin Biznes Forumunda çıxış edən Türkiyənin ticarət naziri Mehmet Muş deyib.
“Dünyanın bir neçə yerində də hava limanları tikməklə bağlı təcrübəmiz var. Demək istəyirəm ki, şirkətlərimiz təkcə tikinti deyil, həmçinin innovasiyasa sahəsində böyük təcrübəyə malikdirlər. Onlar Qarabağın bərpasına dəstək verə bilərlər", - deyə nazir qeyd edib.