Yaponiyanın Okinava prefekturasına güclü “Çansu” (Changsu) tayfunu yaxınlaşır.
O, şiddətli küləklər və yağışlarla müşaiyət olunacaq.
Sinoptiklər tayfunu “son dərəcə güclü” olaraq təsnif ediblər.
Hazırda Filippinin şərqində yerləşən tayfun tezliklə Okinavaya doğru hərəkət edəcək. Onun sürətinin saatda 20 kilometr olacağı gözlənilir.
Meteoroloqlar artıq ərazini su basması və sürüşmə ehtimalları ilə əlaqədar bölgə rəhbərliyinə və sakinlərinə xəbərdarlıq edib, dənizə getməməyə və digər ehtiyat tədbirlərinə riayət etməyə çağırıblar.